Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ermənilər Azərbaycanla sərhəddəki bu 2 kəndi boşaldıb

07 Fevral 2026, 15:05 Dünya 15 baxış
Ermənilər Azərbaycanla sərhəddəki bu 2 kəndi boşaldıb

Ermənilər Göyçə mahalının Basarkeçər rayonu ərazisində, Azərbaycanla sərhəddə yerləşən Yuxarı Şorca və Aşağı Şorca kəndlərini boşaldıblar.

Xəbərin.az bu barədə “Hraparak”a istinadla məlumat verir.

Nəşrə danışan kənd sakinləri bildiriblər ki, kəndin bir hissəsi ümumiyyətlə köçüb gedib, digərləri isə qış aylarına görə Basarkeçərə yerləşiblər. Kənd icmasının rəhbəri ümid etdiyini bildirib ki, yaz aylarında, əkin zamanı onlardan bəziləri əkin-biçin niyyəti ilə müvəqqəti olaraq qayıdacaq.

Sakinlərin köçməsinə səbəb qış aylarında kəndə gediş-gəlişin kəsilməsi, yolların qar altında qalması və kənddə şəraitin olmamasıdır.