Sosial şəbəkələrdə Bərdə rayon Lənbəran kənd tam orta məktəbində
dərsə davamiyyətlə bağlı yayılan görüntülərlə bağlı məsələ nəzarətə götürülüb.
Xəbərin.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qarabağ Regional
Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Qarabağ
Regional Təhsil İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən
olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn
müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar: "Bu
səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb.
Məsələ ilə bağlı məktəb
rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara
müraciət edilib.
Hazırda məktəbdə tədris
prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri
gücləndirilib.
Eyni zamanda, qeyd
olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsil verənlərin etik
davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb".