Xəbərin.az məlumat verir ki, ötən gün beyin
əməliyyatı keçirən, hər kəsin ANS telekanalından "Böyük Seva" kimi
tanıdığı jurnalist Sevda Həsənovanın son vəziyyəti məlum olub.
Onun üzərində fevralın 6-da sağtərəfli akustik nevrinomanın xaric
edilməsi əməliyyatı uğurla icra edilib.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, huşu
aydın, vəziyyəti stabildir.