Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur
Orucovla aparıcı Alidə Mustafayevanın boşanması haqda məlumatlar
yayılıb.
Xəbərin.az xəbər verir ki, aparıcı
iddialarla əlaqədar açıqlama yayıb.
O,
yayılan informasiyaları təkzib edib: “Media nümayəndələrini məlumatları
paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət
prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və
ictimai məsuliyyət yaradır.”
Qeyd
edək ki, yayılan xəbərlərdə cütlüyün 6 aydır ayrı yaşadığı bildirilirdi.
Xatırladaq
ki, icra başçısı ilə aparıcı 2024-cü ilin fevral ayında ailə həyatı
qurub.