Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Mübariz İbrahimovun məzarı ziyarət olunub

07 Fevral 2026, 13:46 Ölkə 19 baxış
Mübariz İbrahimovun məzarı ziyarət olunub

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Rüfət Əsgərov, Adıgözəl Bəşirov, İsmayıl Mehdiyev və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib. 

Xəbərin.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində və 269 nömrəli orta məktəbdə təşkil edilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.