ABŞ-nin
sabiq Prezidenti Bill Klinton qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi üzrə
materialların tam açıqlanmasına çağırıb və onunla əlaqələri barədə Konqresdə
verəcəkləri ifadələrin açıq şəkildə dinlənilməsini tələb edib.
Xəbərin.az xəbər
verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Bill
Klinton komitə sədri, Respublikaçılar Partiyasının nümayəndəsi olan Ceyms
Komerin qapalı dinləmələrin videoçəkilişlərinin aparılması ilə bağlı
planlarının partiya maraqlarına xidmət etdiyini və faktların müəyyən edilməsinə
yönəlmədiyini bildirib. Klinton Respublikaçılar Partiyası tərəfindən təşkil
edilən qapalı məhkəmədə oyuncaq kimi istifadə olunması ilə barışmaq niyyətində
olmadığını deyib.
“Əgər
onlar (respublikaçılar - red.) cavab almaq istəyirlərsə, gəlin oyunlara son
qoyaq və hər şeyi düzgün, açıq dinləmələrdə edək ki, amerikalılar əslində
söhbətin nədən getdiyini özləri görsünlər”, - Klinton fikrini tamamlayıb.
Qeyd
edək ki, ABŞ-nin sabiq Prezidenti Bill Klinton fevralın 26-da, sabiq Dövlət
katibi Hillari Klinton isə fevralın 27-də Konqresdə ifadə verəcəklər.
Xatırladaq
ki, Epşteynin arxivinə aid fotolarda Bill Klintonun görüntüləri də yer
alır.