Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Çelsi" onun üçün 100 milyon avro ödəməyə hazırdır

07 Fevral 2026, 13:16 İdman 21 baxış
"Çelsi" onun üçün 100 milyon avro ödəməyə hazırdır

"Atletiko"nun ulduz hücumçusu Xulian Alvares karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Xəbərin.az xəbər verir ki, "ESPN Argentina"nın məlumatına görə, "Çelsi" klubu 26 yaşlı argentinalını heyətinə qatmaq üçün hərəkətə keçib.

Məlumata görə, tərəflər arasında danışıqlar davam edir. Hətta futbolçunun nümayəndələri bu yaxınlarda Liqa Kuboku çərçivəsində Londonda keçirilən “Çelsi” – “Arsenal” matçını canlı izləyiblər.

Qeyd edək ki, "Transfermarket" portalı Alvaresin transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.