Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azərbaycan “Böyük Dəbilqə”də: Parisdə ilk sınaq günü

07 Fevral 2026, 12:59 İdman 15 baxış
Azərbaycan “Böyük Dəbilqə”də: Parisdə ilk sınaq günü

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayacaqlar.

Xəbərin.az xəbər verir ki, ilk yarış günündə üç idmançı tatamiyə çıxacaq.

Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Kim Hvasu (Cənubi Koreya) - Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Nazir Talıbov eyni raundda Migel Qaqo (Portuqaliya) - Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) Yusuf Nurkoviç (Monteneqro) - Bence Ponqrats (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.