İstanbul nəhəngi Yaser Asprila transferini bitirməyə yaxındır
Xəbərin.az xəbər verir ki, futbolçunun keçidi icarə əsasında baş tutacaq. Kolumbiyalı oyunçunun müqaviləsində 23 milyon avroluq satın alınma hüququ var. Tibbi müayinədən keçməsi üçün hər şey hazırdır.
Qeyd edək ki, "sarı-qırmızılar" daha əvvəl Noa Lanq transferi ilə razılaşmışdı və hollandiyalı dünən Türkiyəyə eniş edərək azarkeşlər tərəfindən təmtəraqla qarşılanmışdı.
Emil Həsənov