Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Peskov: Ukrayna Donbasdan çıxmalıdır, vacib şərtdir

23 Yanvar 2026, 14:53 Gündəm 31 baxış
Peskov: Ukrayna Donbasdan çıxmalıdır, vacib şərtdir

Ukrayna qüvvələri nizamlanma prosesini asanlaşdırmaq üçün Donbasdan geri çəkilməlidir.

Xəbərin.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukrayna silahlı qüvvələri Donbas ərazisini tərk etməli, oradan geri çəkilməlidir. Bu, razılaşma üçün çox vacib bir şərtdir. Danışıqların gündəmində qalan digər nüanslar da var”, - o bildirib.