Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

BMT Danimarkanın ərazi bütövlüyünü dəstəkləyir

22 Yanvar 2026, 22:38 Gündəm 33 baxış
BMT Danimarkanın ərazi bütövlüyünü dəstəkləyir

BMT Qrenlandiya məsələsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib və Danimarkanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Xəbərin.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, Qrenlandiya ilə bağlı yaranmış vəziyyətdə gərginliyin azaldığı müşahidə olunur. Dujarrik qeyd edib ki, BMT Danimarka Krallığının ərazi bütövlüyünə, eləcə də xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət prinsipinə sadiqdir.

Rəsmi nümayəndə vurğulayıb ki, hər iki prinsip BMT Nizamnaməsində təsbit olunub və təşkilat bu mövqedən kənara çıxmır.