İngiltərə təmsilçisi “Mançester Yunayted” braziliyalı yarımmüdafiəçi Kazemironun mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Xəbərin.az bildirir ki, 32 yaşlı futbolçu “qırmızı şeytanlar”ın heyətində dörd mövsüm çıxış edib. Bu müddət ərzində bütün turnirlərdə 146 oyunda 21 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Kazemiro “Mançester Yunayted”lə birlikdə FA Kuboku və Liqa Kubokunun qalibi olub.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində “Real” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “San Paulo” (Braziliya) klublarının da formasını geyinib.