Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Elvin Cəfərquliyev ÇL-də həftənin rəmzi komandasına seçildi

22 Yanvar 2026, 21:14 İdman 35 baxış
Elvin Cəfərquliyev ÇL-də həftənin rəmzi komandasına seçildi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Xəbərin.az UEFA-nın saytına istinadla xəbər verir ki, ən yaxşı “11-lik”də “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev də yer alıb. O, ötən gün Almaniya təmsilçisi "Ayntraxt"ı 3:2 hesabı ilə məğlub etdikləri matçda ikinci qolun məhsuldar ötürməsini verib.