Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Məşhurlarla bağlı narkotik istintaqı: Esat Yontunç saxlanıldı

22 Yanvar 2026, 17:26 Hadisə 34 baxış
Məşhurlarla bağlı narkotik istintaqı: Esat Yontunç saxlanıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində Acun Medyanın baş koordinatoru Esat Yontunç barəsində saxlanılma qərarı çıxarılıb.

Xəbərin.az məlumat verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Yontunç fahişəliknarkotik istifadəsini asanlaşdırma maddələri üzrə şübhəli bilinir. Onun ölkə xaricində olduğu müəyyən edildiyindən axtarış qərarı verilib.

Bu gün xaricdən Türkiyəyə qayıdan Esat Yontunç hava limanında saxlanılıb.

Qeyd edək ki, Yontunç daha əvvəl sosial şəbəkə hesabında yayımladığı açıqlamada ittihamları rədd edərək, “Bu mövzularla həyatım boyu heç bir əlaqəm olmayıb. Alnım açıqdır” ifadələrini işlədib.