Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Rafah sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə açılacaq

22 Yanvar 2026, 15:00 Dünya 24 baxış
Rafah sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə açılacaq

Növbəti həftə Rafah sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə açılacaq. 

Xəbərin.az xəbər verir ki, bunu Qəzzanın İdarəçiliyi üzrə Milli Komitənin Baş komissarı Əli Şaat Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərində Qəzza üzrə “Sülh Şurası”nın nizamnaməsinin rəsmi imzalanma mərasimində onlayn müraciətində deyib. 

Qeyd edək ki, Rafah sərhəd-keçid məntəqəsi Misir və Qəzza zolağı sərhədində yerləşir. Sözügedən sərhəd-keçid məntəqəsi Qəzzaya humanitar yardımın daxil olması üçün mühüm rola malikdir.