Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Cib bıçaqlarının satışı qadağan oluna bilər

22 Yanvar 2026, 14:58 Ölkə 27 baxış
Cib bıçaqlarının satışı qadağan oluna bilər

Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan olunması təklif edilib.

Xəbərin.az xəbər verir ki, belə təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov çıxış edib.

Deputatın sözlərinə görə, gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələri ilə bağlı statistika göstərir ki, bunlar daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir: “Bu bıçaqların satışının, istifadəsinin qadağan olunmasını təklif edərdim".

Müşfiq Cəfərov qeyd edib ki, müəyyən oyunlar da uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir: "Onların da qadağan olunması böyük əhəmiyyət kəsb edir. Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar".