Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azər Aydəmirə 657 min manat ödəniləcək

22 Yanvar 2026, 14:48 Gündəm 33 baxış
Azər Aydəmirə 657 min manat ödəniləcək

Azərbaycanda "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filmin istehsalına başlanılıb.

Xəbərin.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat əldə edib.

Bildirilir ki, ARKA bununla bağlı "Aydəmir Entertainment" şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilədə "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib.

Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən "Aydəmir Entertainment" şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Rauf oğlu Aydəmirdir.