“Qalatasaray” Türkiyə qış transfer pəncərəsində İtaliyanın “Napoli” klubunun futbolçusu Noa Lanq ilə razılıq əldə edib. Hollandiya millisinin üzvü İstanbul təmsilçisinə satınalma opsiyonu ilə icarə əsasında transfer olunub.
Xəbərin.az məlumat verir ki, Lanqın yarım mövsümlük icarə haqqı təxminən 2 milyon avro təşkil edir. Müqavilədə məcburi olmayan 20–30 milyon avroluq satınalma opsiyonu yer alıb. Futbolçunun maaşı mövsümün sonuna qədər “Qalatasaray” tərəfindən ödəniləcək.
Transferin əsas səbəblərindən biri Noa Lanqın “Napoli”nin baş məşqçisi Antonio Konte ilə yaşadığı gərginlik və “Qalatasaray”ın Çempionlar Liqası faktoru olub. Futbolçunun yaxın günlərdə İstanbula gələrək tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, Noa Lanq bu mövsüm Serie A-da “Napoli” forması ilə 18 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.