Bəhlul Mustafazadə Azərbaycan futbolu tarixinə düşdü
Xəbərin.az məlumat verir ki, bu gün UEFA Çempionlar Liqasında Almaniyanın “Ayntraxt Frankfurt” klubuna qol vuran Bəhlul Mustafazadə Azərbaycan futbolu tarixində yeni bir ilkə imza atıb.
“Qarabağ”ın müdafiəçisi matçın 90+4-cü dəqiqəsində vurduğu qolla yalnız komandasına qələbə qazandırmaqla kifayətlənməyib, eyni zamanda Çempionlar Liqasında qol vuran ilk azərbaycanlı futbolçu olub.
Bu tarixi qol sayəsində “Qarabağ” pley-off mərhələsinə yüksəlmək şansını qoruyub saxlayıb, Bəhlul Mustafazadə isə adını Azərbaycan futbol tarixinə yazdırıb.