Italiyanın Fiorentina komandasının sabiq hücumçusu Edin Dzeko komanda ilə yollarını ayırmağa hazırlaşır.
Xəbərin.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü olan təcrübəli futbolçunun yeni ünvanının Almaniya təmsilçisi “Şalke 04” olacağı bildirilir.
Məlumata görə, hazırda Kənan Karamanın kapitanı olduğu “Şalke 04” Edin Dzeko ilə razılıq əldə edib. 39 yaşlı hücumçu bu mövsüm Fiorentina'nın heyətində 18 oyunda meydana çıxıb və 2 qol vurub.
Jurnalist Matteo Morettonun məlumatına əsasən, Edin Dzeko yaxın günlərdə Almaniyaya yollanaraq “Şalke 04” klubu ilə rəsmi müqavilə imzalayacaq.