Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Bakıda 2 nəfər prokurorluqdan xaric edilib, 1 nəfər vəzifədən azad olunub

21 Yanvar 2026, 16:06 Gündəm 31 baxış
Bakıda 2 nəfər prokurorluqdan xaric edilib, 1 nəfər vəzifədən azad olunub

Ötən il Bakıda xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunub. 

Xəbərin.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib.

Onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə tutduğu vəzifədən azad olunub.