Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azərbaycanda əsgərlik müddəti 6 aya endiriləcək? (AÇIQLAMA)

21 Yanvar 2026, 14:31 Gündəm 45 baxış
Azərbaycanda əsgərlik müddəti 6 aya endiriləcək? (AÇIQLAMA)

Azərbaycanda həqiqi hərbi xidmət müddətinin 6 aya endiriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirilib.

Xəbərin.az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə bu mövzuda hazırda hər hansı qanun layihəsinin və ya rəsmi müzakirənin olmadığını deyib. Onun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, orta təhsilli vətəndaşlar 1 il 6 ay, ali təhsilli şəxslər isə 1 il müddətində həqiqi hərbi xidmət keçirlər.

Deputat qeyd edib ki, gələcəkdə xidmət müddətinin azaldılması ilə bağlı müxtəlif fikirlər səslənsə də, bu məsələ hazırda rəsmi gündəmdə deyil və hər hansı qərar qəbul olunmayıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə əsgərlik müddətinin 6 aya endiriləcəyi ilə bağlı məlumatlar geniş müzakirə olunurdu.