Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Bakıda at ətindən qutab

21 Yanvar 2026, 14:25 Gündəm 21 baxış
Bakıda at ətindən qutab

Ət qutabında at əti DNT-si aşkarlanıb. 

Xəbərin.az xəbər verir ki, bu barədə AQTA-dan Lent.az-a bildirilib. 

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirib.

Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. 

Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan xammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi masalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar aşkarlanıb.

Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və at DNT-si müəyyən edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb.