Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ova gedib itkin düşən 83 yaşlı azərbaycanlının meyiti tapıldı

21 Yanvar 2026, 14:22 Hadisə 24 baxış
Ova gedib itkin düşən 83 yaşlı azərbaycanlının meyiti tapıldı

Üç gün davam edən axtarışlardan sonra Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində itkin düşən 83 yaşlı Fərhad Namazovun meyiti tapılıb.

Xəbərin.az yerli mediaya istinadla bildirir ki, onun cansız bədəni bu səhər axtarış aparan yerli sakinlər tərəfindən Qızılhacılıda “Qaranlıq dərə” adlanan dağ yamacının ətəyində aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, 83 yaşlı kişi yanvarın 18-də ov məqsədi ilə evdən çıxıb və qayıtmayıb.