Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Ayntraxt" oyununa satılan biletlərin sayı

21 Yanvar 2026, 13:14 İdman 21 baxış
"Ayntraxt" oyununa satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" oyununa 26 500 bilet satılıb.

Xəbərin.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.