Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Qarlı hava səbəbindən nəqliyyatın hərəkəti çətinləşib

20 Yanvar 2026, 22:25 Ölkə 31 baxış
Qarlı hava səbəbindən nəqliyyatın hərəkəti çətinləşib

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxanı rayonu - İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, həmçinin Xətai rayonu - Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İnqilab İsmayılov küçələri və Neapol dairəsində nəqliyyatın hərəkəti çətinləşib.

Xəbərin.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.