Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Türkiyədə 4 məşhur saxlanıldı

20 Yanvar 2026, 16:01 Hadisə 40 baxış
Türkiyədə 4 məşhur saxlanıldı

Türkiyədə hüquq-mühafizə orqanlarının məşhur şəxslərlə bağlı genişmiqyaslı narkotik təhqiqatı nəticəsində daha dörd tanınmış şəxs saxlanılıb.

Xəbərin.az xəbər verir ki, əməliyyat çərçivəsində sosial medianın tanınmış simalardan Bilal Hancı, nüfuzlu jurnalist Mehmet Üstündağ, Abdullah Gençal və İbrahim Barut tutulublar.

Xəbərdə bildirilir ki, daha üç şübhəli şəxs haqqında həbs qərarı verilib. Adları açıqlanmayan həmin məşhurların hazırda ölkə xaricində olduqları bildirilir.

Hüquq-mühafizə orqanlarının onları ələ keçirmək üçün lazımi prosedurlara başladığı da məlum olub.