Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində həbs olunan keçmiş futbolçu Ümit Karanın narkotik testi müsbət çıxıb.
Xəbərin.az İstanbul Baş Prokurorluğu tərəfindən məşhurların iştirakı ilə narkotik qaçaqmalçılığı ilə bağlı aparılan istintaq davam edir.
İstintaq çərçivəsində həbs edilən keçmiş futbolçu Ümit Karanın qan nümunələri Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən araşdırılıb.
Məhkəmə Tibbi Ekspertizası İnstitutunun məlumatına görə, Karanın narkotik testi həm qan, həm də sidik nümunələrində müsbət nəticə verib.
Karan "narkotik maddələrin istehsalı, təchizatı və ya ticarəti" ittihamı ilə saxlanılıb və ifadəsindən sonra cümə günü göndərildiyi məhkəmə tərəfindən həbs edilib və həbsxanaya göndərilib.