Bolqarıstan Prezidenti Rumen Radev xalqa müraciət edərək istefa verdiyini açıqlayıb.
Xəbərin.az məlumat verir ki, o, çıxışında xalqdan üzr istəyib, fəaliyyəti dövründə səhvlərə yol verdiyini və bütün planlarını tamamlaya bilmədiyini etiraf edib.
Radev bildirib ki, istefa qərarının əsas səbəbi ölkənin gələcəyinə olan inamıdır. O, vitse-prezident İliana Yotovanın layiqli dövlət başçısı olacağına əminliyini ifadə edib və doqquz il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkür edib. Radev sabah rəsmi olaraq prezident postunu tərk edəcəyini vurğulayıb.