Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Kriştianu Ronaldu “Yuventus”dan 8,5 milyon avro alacaq

19 Yanvar 2026, 20:28 İdman 30 baxış
Kriştianu Ronaldu “Yuventus”dan 8,5 milyon avro alacaq

Kriştianu Ronaldu keçmiş klubu Yuventusla pandemiya dövründə təxirə salınmış maaşlarla bağlı məhkəmə işində qalib gəlib.

Xəbərin.az xəbər verir ki, Turin Əmək Məhkəməsinin qərarına əsasən, portuqaliyalı futbolçu təxminən 8,5 milyon avro almaq hüququ qazanıb.

Pandemiya zamanı Yuventus maliyyə çətinliklərinə görə futbolçuların dörd aylıq maaşını təxirə salmışdı. Ronaldo isə klubun ona ümumilikdə 17 milyon avro ödəniş vədi verdiyini bildirərək hüquqi proses başladıb. Arbitraj qərarı və son məhkəmə hökmü Yuventusun məbləğin yarısını ödəməli olduğunu təsdiqləyib.

İtaliya mətbuatına görə, klub bu məbləği artıq əvvəlki büdcəyə daxil etdiyindən əlavə maliyyə cəzası ilə üzləşməyəcək. Hazırda Əl-Nəsr”də çıxış edən Ronaldo 2018–2021-ci illərdə Yuventusda 134 oyunda 101 qol vurmuşdu.