Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ermənistanda DİN-də kadr dəyişikliyi: Kamo Tsutsulyan polis rəisi təyin olundu

19 Yanvar 2026, 16:45 Siyasət 32 baxış
Ermənistanda DİN-də kadr dəyişikliyi: Kamo Tsutsulyan polis rəisi təyin olundu

Ermənistanda Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri həyata keçirilib.

Xəbərin.az xəbər verir ki, hökumətin rəsmi saytında dərc olunan qərarlara əsasən, Kamo Tsutsulyan polis rəisi – Ermənistan daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Tsutsulyan bu təyinatadək Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin direktoru – daxili işlər nazirinin müavini vəzifəsini icra edib və sözügedən postdan azad olunub.

Baş nazirin digər qərarı ilə Aram Qazaryan polis rəisi – daxili işlər nazirinin müavini vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin direktoru – Ermənistan daxili işlər nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Aram Qazaryan 2025-ci ilin iyun ayından Daxili İşlər Nazirliyinin polis rəisi vəzifəsini tuturdu. Kamo Tsutsulyan isə 2023-cü ilin yanvarında Xilasetmə Xidmətinin direktoru vəzifəsinə təyin edilmişdi.