Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Özbəkistan Qəzza üzrə “Sülh Şurası”na qoşulmağa hazırdır

19 Yanvar 2026, 16:14 Dünya 22 baxış
Özbəkistan Qəzza üzrə “Sülh Şurası”na qoşulmağa hazırdır

Özbəkistan Qəzza sektorunun idarə olunması məqsədilə yaradılması nəzərdə tutulan “Sülh Şurası”na qoşulmağa hazırdır.

Xəbərin.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat katibi Şerzod Asadov “Telegram” kanalında yazıb.

“Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə ABŞ Prezidenti Donald Trampdan Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və münaqişələrin tənzimlənməsinə yönəlmiş beynəlxalq təşəbbüsə qoşulmaqla bağlı rəsmi dəvət daxil olub. Dövlətimizin başçısı amerikalı həmkarına cavab məktubu göndərərək, Özbəkistanın ”Sülh Şurası”na təsisçi dövlət qismində qoşulmağa hazır olduğunu ifadə edib”, – o bildirib.