Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azərbaycan əhalisinin sayı açıqlandı

19 Yanvar 2026, 15:31 Gündəm 27 baxış
Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 34 min 812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 259 min 701 nəfərə çatıb.

Xəbər.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.