Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Bakıda oğurluq edən qardaşlar tutuldu

19 Yanvar 2026, 15:13 Hadisə 25 baxış
Bakıda oğurluq edən qardaşlar tutuldu

Bakıda oğurluq edən qardaşlar tutulub.

Xəbərin.az xəbər verir ki, Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib.

Belə ki, ev sahibi 5000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib. Səbail Rayon Polis İdarəsi 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən iki qardaş 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıblar.

Araşdırmalarla onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.