Yaponiyada siyasi proseslər sürətlənib. Baş nazir Takaiçi Sanae ölkədə erkən ümumi seçkilərin keçirilməsi ilə bağlı qərar verildiyini açıqlayıb.
Xəbərin.az aparıcı informasiya agentliklərindən biri olan “Kyodo”ya istinadən bildirir ki, Nümayəndələr Palatasının yanvarın 23-də buraxılması qərarlaşdırılır.
Mətbuat konfransında çıxış edən Takaiçi bildirib ki, erkən seçki qərarı hökumətin fəaliyyətinə seçicilərin birbaşa qiymət verməsi üçün atılan addımdır. O vurğulayıb ki, bu qərarla faktiki olaraq baş nazir postunu riskə atır və vəzifədə qalıb-qalmayacağına xalqın qərar verməsini istəyir.
2025-ci ilin oktyabrında Yaponiyanın ilk qadın baş naziri kimi vəzifəyə başlayan Takaiçi Sanae üçün bu seçkilər siyasi gələcəyin müəyyənləşməsi baxımından həlledici olacaq. Hakim partiyadakı mənbələrin bildirdiyinə görə, seçki kampaniyasının yanvarın 27-də başlaması, səsvermənin isə fevralın 8-də keçirilməsi planlaşdırılır.