Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Çində doğum səviyyəsi minimuma enib – demoqrafik böhran dərinləşir

19 Yanvar 2026, 14:28 Dünya 20 baxış
Çində doğum səviyyəsi minimuma enib – demoqrafik böhran dərinləşir

Çində demoqrafik böhran daha da dərinləşir.

Xəbərin.az məlumat verir ki, 2025-ci ildə ölkədə doğum göstəriciləri bütün müşahidələr tarixi ərzində ən aşağı səviyyəyə enib. Rəsmi statistikaya görə, hər 1000 nəfərə düşən doğum sayı 5,6 olub ki, bu da 1949-cu ildən bəri minimum göstəricidir.

Məlumata əsasən, yenidoğulanların sayı bir il ərzində 1,6 milyon azalaraq 7,9 milyona düşüb. Bu azalma 2020-ci ildən bəri ən kəskin geriləmə hesab olunur. Analitiklər qeyd edirlər ki, hakimiyyətin doğumun təşviqi ilə bağlı həyata keçirdiyi tədbirlər gözlənilən nəticəni verməyib. Ölkə əhalisi ümumilikdə 3,4 milyon nəfər azalıb ki, bu da Mao Tszedunun dövründəki “Böyük aclıq”dan sonra ən ciddi demoqrafik geriləmədir.