Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

ABŞ-dan NATO mesajı: Vaşinqton Alyansda qalmaq niyyətindədir

18 Yanvar 2026, 22:11 Siyasət 29 baxış
ABŞ-dan NATO mesajı: Vaşinqton Alyansda qalmaq niyyətindədir

ABŞ-ın maliyyə naziri Skott Bessent ölkəsinin NATO ilə bağlı mövqeyinə aydınlıq gətirib.

Xəbərin.az bildirir ki, maliyyə naziri "NBC News" telekanalına verdiyi müsahibədə Vaşinqtonun Alyansın üzvü olaraq qalmaq niyyətində olduğunu bildirib.

Bessentin sözlərinə görə, ABŞ NATO çərçivəsində təhlükəsizlik öhdəliklərini davam etdirməyi planlaşdırır və bu məsələ müzakirə mövzusu deyil. Bununla yanaşı, o, Vaşinqton üçün daha önəmli hesab edilən suala – Qrenlandiyanın mümkün ilhaqı ilə NATO arasında seçim məsələsinə – birbaşa cavab verməkdən yayınaraq belə bir yanaşmanı düzgün hesab etmədiyini vurğulayıb.

“Bu, səhv seçimdir. Avropa liderləri gec-tez anlayacaqlar ki, ABŞ-ın təhlükəsizlik çətiri altında olmalıdırlar”, – deyə ABŞ maliyyə naziri qeyd edib. Onun fikrincə, Avropa ölkələrinin təhlükəsizliyi məsələsində ABŞ-la əməkdaşlıq həlledici əhəmiyyət daşıyır və bu reallıq dəyişməyəcək.