ABŞ Prezidenti Donald Tramp 60 dövlət başçısını “Qəzza Barış Kurulu”na dəvət edib.
Xəbərin.az bildirir ki, dəvət məktubları arasında Misir prezidenti Əbdülfəttah əs-Sisi, Argentina prezidenti Xavyer Milei, Paraqvay prezidenti Santyaqo Pena və Kanada baş naziri Mark Karni kimi liderlər də yer alır.
Tramp qurulun iki komitədən ibarət olacağını açıqlayıb: icra komitəsi və Qəzza üçün yönləndirmə komitəsi. İsrail baş naziri Binyamin Netanyahunun bu komitə tərkibi ilə bağlı narazılığı var və məsələnin ABŞ Dövlət katibi Marko Rubi ilə müzakirə olunmasını tələb edib.
İsrailin narazılığına səbəb olan əsas məqam, komitədə Türkiyə xarici işlər naziri Hakan Fidan və Qətərli diplomat Əli əl-Tevadi kimi şəxslərin yer almasıdır. Həmçinin, ABŞ səfirləri Stiv Vitkoff və Cared Kuşner də komitədə təmsil olunacaq.
İsrailin naziri İtamər Ben Gvir isə Qəzza üçün hər hansı idarəetmə komitəsinə ehtiyac olmadığını vurğulayıb.