Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Avropa çempionu Nani karyerasını Qazaxıstanda davam etdirəcək

18 Yanvar 2026, 18:23 İdman 18 baxış
Avropa çempionu Nani karyerasını Qazaxıstanda davam etdirəcək

Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq vingeri, 2016-cı il Avropa çempionu Nani karyerasını Qazaxıstanda davam etdirməyə hazırlaşır.

Xəbərin.az “AmanVIBE” “Telegram” kanalına istinadən xəbər veriri ki, 39 yaşlı futbolçu Qazaxıstanın “Aktobe” klubu ilə müqavilənin bütün detalları üzrə razılığa gəlib. Bildirilir ki, portuqaliyalı ulduz yaxın günlərdə komandanın təlim-məşq toplanışına qoşulacaq.

Mənbənin iddiasına əsasən, Nani “Aktobe” ilə birillik müqavilə imzalayacaq. Onun alacağı maaşın isə Qazaxıstan Premyer Liqası tarixində ən yüksək məvaciblərdən biri, hətta ən yüksəyi olacağı vurğulanır. Təcrübəli futbolçunun transferinin liqaya marağı xeyli artıracağı gözlənilir.