Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Almaniya hərbçiləri Qrenlandiyanı tərk edir

18 Yanvar 2026, 16:57 Dünya 22 baxış
Almaniya hərbçiləri Qrenlandiyanı tərk edir

Almaniyanın Qrenlandiyada yerləşən hərbi kontingenti bazar günü səhər saatlarında Berlindən gözlənilməz şəkildə adanı dərhal tərk etmək əmri alıb.

Xəbərin.az məlumat verir ki, admiral Ştefan Pauli də daxil olmaqla 15 hərbçi artıq Nuuk hava limanındadır və “Icelandair” aviaşirkətinin reysi ilə Qrenlandiyanı tərk edəcək. Bundesverin qabaqcıl qrupuna bu qərarın səbəbi rəsmi şəkildə izah edilməyib, bölgədə planlaşdırılan bütün tədbirlər ləğv olunub və proses tam məxfilik şəraitində aparılır.

Hərbçilərin adanı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı Avropa ölkələrinə əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı təhdidlər fonunda tərk etdiyi ehtimal edilir.