Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

10 kiloqrama yaxın narkotik aşkarlandı

18 Yanvar 2026, 15:44 Hadisə 21 baxış
10 kiloqrama yaxın narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Xəbərin.az bildirir ki,Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb.

Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.