Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ukrayna ordusu iki istiqamətdə irəlilədi

18 Yanvar 2026, 13:46 Hadisə 20 baxış
Ukrayna ordusu iki istiqamətdə irəlilədi

Ukrayna ordusu Kupyansk və Pokrovsk istiqamətlərində irəliləyib.

Xəbərin.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Məlumata görə, Ukrayna ordusu yanvarın 15-də Xarkov vilayətindəki Kupyansk şəhərinin şimalına doğru irəliləyib:

“Ukrayna ordusu 17 yanvar tarixində Donetsk bölgəsindəki Svitloye yaşayış məntəqəsinin şimal-qərbində (Pokrovsk şəhərinin şərqində) irəliləyib”.