Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Damdan yıxılıb öldü

18 Yanvar 2026, 13:10 Hadisə 21 baxış
Damdan yıxılıb öldü

Şəmkirdə bədbəxt hadisə baş verib.

Xəbərin.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Yuxarı Seyfəli kənd sakini A.Məmmədov yaşadığı evin həyətində  tövlənin dam örtüyündən ot bağlaması düşürərkən pilləkəndən yıxılıb, başı betona dəyib.

33 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.