Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

NATO ölkəsindən sürpriz addım: Kanadaya 72 döyüş təyyarəsi təklif edildi

18 Yanvar 2026, 01:05 Dünya 21 baxış
NATO ölkəsindən sürpriz addım: Kanadaya 72 döyüş təyyarəsi təklif edildi

Kanadaya döyüş təyyarələrinin satışı ilə bağlı yeni və diqqətçəkən inkişaf yaşanıb.

Xəbərin.az bildirir ki, İsveçin aparıcı aviasiya şirkəti Saab, ABŞ ilə F-35 proqramı ətrafında yaranan qeyri-müəyyənlik fonunda NATO üzvü Kanadaya 72 ədəd “Gripen” döyüş təyyarəsi satışı üçün rəsmi təklif irəli sürüb. Paketə əlavə olaraq 6 ədəd “GlobalEye” havadan erkən xəbərdarlıq və müşahidə təyyarəsi də daxildir.

Təklif çərçivəsində “Gripen E” təyyarələrinin qısa uçuş-enmə zolaqlarından istifadə imkanı, sürətli texniki-logistika sistemi və geniş əməliyyat çevikliyi xüsusi vurğulanır. Mach 2 sürətinə çatan 4.5-ci nəsil bu döyüş təyyarələri qabaqcıl radar və sensorlarla təchiz olunub və NATO silah sistemləri ilə tam uyğunluq təşkil edir.

Saab həmçinin istehsalın, montajın və texniki xidmətin bir hissəsinin Kanadada həyata keçirilməsini təklif edərək ölkənin müdafiə sənayesinə investisiya və xarici asılılığın azaldılmasını ön plana çıxarır.