İngiltərə Premyer Liqasının 22-ci turunda lider “Arsenal” səfərdə “Nottingem Forest”lə qarşılaşıb. City Ground stadionunda baş tutan görüşdə tərəflər qolsuz heç-heçə ediblər.
Rəqibi “Mançester Siti”nin xal itirdiyi turda xal fərqini artırmaq imkanı qazanan “Arsenal” bu şansı dəyərləndirə bilməyib. London klubu 50 xalla turnir cədvəlinin zirvəsində qalıb və ən yaxın izləyicisi “Mançester Siti”ni 7 xal qabaqlayır.
Aşağı pillələrdən xilas olmaq uğrunda mübarizə aparan “Nottingem Forest” isə bu oyundan qazandığı 1 xalla xalını 22-yə yüksəldərək 17-ci pillədə qərarlaşıb.