Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib. Qərardan sonra balıq bazarında qiymət artımı müşahidə olunmağa başlayıb.
Xəbərin.az məlumat verir ki, balıq ovu ilə məşğul olmaq istəyən şəxslər müvafiq sənədlərlə “Balıqçılıq və Akvakultura Mərkəzi”nə, eləcə də bölgələrdə fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Məlumata görə, sənaye və əmtəə məqsədli balıq ovunun qiymətləri balığın növündən asılı olaraq dəyişir. Satıcıların sözlərinə görə, bazarda tələbat ən çox farel və sazan balığına yönəlib.
Qeyd olunur ki, farel balığı bir neçə gün əvvəl 16–17 manata satıldığı halda, hazırda qiymətlərdə artım var. Satıcılar bahalaşmanın əsas səbəbi kimi tətbiq olunan kvotanı göstərirlər.