Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

30 yaşlı kişini toyda bıçaqladılar

17 Yanvar 2026, 23:19 Hadisə 17 baxış
30 yaşlı kişini toyda bıçaqladılar

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Xəbərin.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Fərid şadlıq sarayında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü R. Ələkbərov iki bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə gənc oğlan sözügedən şadlıq sarayında keçirilən toy mərasimində bıçaqlanıb.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.