Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Gəncədə iki minik avtomobili toqquşdu, bir nəfər xəsarət aldı

17 Yanvar 2026, 23:11 Hadisə 16 baxış
Gəncədə iki minik avtomobili toqquşdu, bir nəfər xəsarət aldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Xəbərin.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” ilə “Daewoo Nexia” markalı minik avtomobili toqquşub.

Qəza zamanı avtomobillərin birinin sərnişini 2007-ci il təvəllüdlü Z. Cabbarlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır