Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Konfrans Liqasında inamlı addım: Samsunspor növbəti mərhələdə

27 Fevral 2026, 00:16 İdman 7 baxış
Konfrans Liqasında inamlı addım: Samsunspor növbəti mərhələdə

UEFA Konfrans Liqasında Türkiyə təmsilçisi Samsunspor Şimali Makedoniya klubu KF Shkëndija üzərində 4-0 hesablı qələbəyə sevinib.

Xəbərin.az xəbər verir ki, ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən Samsunspor, cavab matçında da üstün olub.

Cavab görüşündə qolları 53-cü dəqiqədə penaltidən Olivye Ntşam, 70-ci dəqiqədə Şerif Ndiaye, 78-ci və 90+2-ci dəqiqələrdə isə Marius Muandilmaci vurub.

Beləliklə, Samsunspor iki oyunun nəticəsinə əsasən 5:0 hesablı üstünlüklə növbəti mərhələyə vəsiqəni təmin edib.