Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

10-cu mərtəbədən düşən körpə möcüzəvi şəkildə xilas oldu

26 Fevral 2026, 23:03 Hadisə 7 baxış
10-cu mərtəbədən düşən körpə möcüzəvi şəkildə xilas oldu

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasının 10-cu mərtəbəsindən yıxılan 18 aylıq körpə ətrafdakı insanların çevik reaksiyası sayəsində möcüzəvi şəkildə xilas edilib.

Xəbərin.az xəbər verir ki, hadisə zamanı açıq pəncərəyə çıxan körpənin təhlükədə olduğunu görən sakinlər dərhal binanın qarşısına toplaşıblar. Onlardan biri gödəyini açaraq körpənin yerə çırpılmasının qarşısını almağa çalışıb. Körpə aşağı düşdüyü anda ərazidə olan şəxslər hərəkətə keçərək onun zərbəni minimum almasına nail olublar.

Hadisə böyük panika ilə müşayiət olunsa da, körpə sağ qalıb və dərhal xəstəxanaya aparılıb. Hazırda həkim nəzarətindədir. İlkin məlumata görə, hadisə baş verən vaxt ana hamam otağında olub, evdəki digər uşaq isə kompüterdə oyun oynayırmış.